çərşənbə axşamı 7 aprel 2026 - 18:39
Həzrət Ayətullah Məkarim Şirazinin xalqın meydanlarda iştirakına görə təşəkkürü / Birliyi qoruyaraq müqavimət yolunu davam etdirin, qələbə yaxındır

Həzrət Ayətullah Məkarim Şirazi əziz xalqa müraciətində bildirib ki, küfr və fəsad cəbhəsinə qarşı aparılan müqəddəs və tarixi cihad və müqavimətdən təxminən qırx gün keçir. Onun sözlərinə görə, dünya bu günlərdə çox nadir və bənzəri az görülən hadisələrin şahidi olur. Bu böyük fədakarlığın və mübarizənin həqiqi mükafatını isə yalnız ica və qadir Allah verə bilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Məkarim Şirazi rəşadətli İran xalqına ünvanladığı müraciətdə düşməni sarsıdan və düşüncəli şəkildə meydanda iştirak etdiklərinə görə onlara təşəkkür edərək vurğulayıb ki, bütün xalq, silahlı qüvvələr və həmçinin hörmətli məsul şəxslər söz birliyini qorumaqla, hər cür təfriqə yaradan vəsvəsələrdən çəkinməklə yanaşı İnqilabın Ali Məqamlı Rəhbərinin göstərişlərinə əməl etməklə bu yolu möhkəmliklə davam etdirməlidirlər ki, inşallah İslam ümməti üçün ən yaxşı nəticələr əldə olunsun.

Ayətullah Məkarim Şirazi bildirib ki, müxtəlif çətinliklərə və çoxsaylı qurbanlara baxmayaraq, xalq hələ də möhkəm dayanır və həm döyüş meydanında, həm də ictimai həyatda öz mövqeyini qoruyur. Onun sözlərinə görə, artıq bu mübarizənin əsas nəticələrinin əldə olunacağı mərhələyə yaxınlaşırıq. O vurğulayıb ki, düşmən bu mərhələdə təzyiqləri artıraraq insanların iradəsini sarsıtmağa çalışacaq. Lakin mömin xalqın Allaha təvəkkülü və davamlı müqaviməti düşməni yenidən məyus edəcək və uca Allahın izni ilə xalq üçün daha bərəkətli və parlaq bir gələcək formalaşacaq.

Həzrət Ayətullah Məkarim Şirazi ölkənin müdafiəçilərinin o cümlədən hərbi, hüquq‑mühafizə, təhlükəsizlik və bəsic qüvvələrinin, fədakarlığını, canlarını fəda etmələrini və həmçinin onların mücahidliklərini yüksək qiymətləndirib. O, eyni zamanda xilasedici qüvvələrə, tibb işçilərinə, xalq və cihad qruplarına təşəkkür edərək vurğulayıb ki, Allaha şükürlər olsun, dövlət və ölkənin bütün məsul qurumları cihadi yanaşma və ciddi iradə ilə xalqın xidmətində olmaq, onların məişətini və rifahını qorumaq istiqamətində çalışırlar və müxtəlif sahələrdə, o cümlədən beynəlxalq arenada möhkəm dayanaraq silahlı qüvvələrə və ölkənin izzətinə dəstək verirlər. Bu nailiyyət, şübhəsiz ki, ilahi lütflərin nəticəsidir.

Həzrət Ayətullah Məkarim Şirazinin müraciətinin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Əziz İran xalqı!

Sizin küfr və fəsad cəbhəsi qarşısında apardığınız yüksək və tarixi cihad və müqavimətdən təxminən qırx gün keçir və dünya bu günlərdə misli görünməmiş, yaxud ən azı çox nadir hallarda müşahidə olunan hadisələrin şahidi olur.

Bu böyük mücahidliyin mükafatını yalnız qadir və uca Allah verə bilə. İnsan idrakı bu müqavimətin əhəmiyyətini tam dərk etməkdə aciz, dillər isə ona görə şükür və təşəkkür etməyə qadir deyildir.

Bu günlərdə bir neçə məqama diqqət yetirmək zəruri və vacibdir:

Birinci: Ölkənin müdafiəçilərinin o cümlədən hərbi, hüquq‑mühafizə, təhlükəsizlik və bəsic qüvvələrinin göstərdikləri səylərə və mücahidliklərinə, ilahi qələbəyə möhkəm imanla ölkənin təhlükəsizliyi və müstəqilliyini qorumaq yolunda fədakarlıqla canlarını fəda etmələrinə görə səmimi təşəkkürümü bildirirəm. Həmçinin xilasedici qüvvələrə, tibb işçilərinə və ölkənin şəhərlərində və bütün bölgələrində fəaliyyət göstərən bütün mücahidlərə o cümlədən məsul şəxslərə, aidiyyəti qurumlara, xalq və cihad qruplarına minnətdarlığımı bildirirəm. Bu qurbanların əcrləri Allah qatındadır.

İkinci: Xalqın geniş və düşüncəli şəkildə meydanda iştirakı düşmənlərin fitnələrini zərərsizləşdirməkdə mühüm rol oynamışdır və bu iştirak ölkə üçün böyük bir sərmayə və məqsədlərin irəlilədilməsində həlledici amil olacaqdır (və bu iştirak eyni şövq və şüurla qorunub saxlanmalıdır). 

Üçüncü: İlahi yardımın düşmənləri heyrətə salan və aciz qoyan təzahürlərindən biri də İraq, Livan, Suriya, Yəmən və digər İslam ümmətlərində müqavimət cəbhəsi qüvvələrinin cihadıdır. Bu qüvvələr bütün təzyiqlərə və aldıqları zərbələrə baxmayaraq, bu günlərdə heyrətamiz şəkildə meydanda göründülər və bu, yalnız ilahi qüdrət və inayətin nəticəsidir. Bu qələbəyə görə uca Allaha şükür edirik.

Dördüncü: Allaha şükürlər olsun ki, hökumət, eləcə də ölkənin bütün məsul şəxs və qurumları cihad yanaşması və ciddi iradə ilə xalqa xidmət etmək, onların məişətini və rifahını qorumaq istiqamətində çalışırlar. Onlar müxtəlif sahələrdə, o cümlədən beynəlxalq arenada möhkəm dayanaraq silahlı qüvvələrə və ölkənin izzətinə dəstək verirlər. Bu müvəffəqiyyət, şübhəsiz ki, ilahi lütflərin nəticəsidir.

Beşinci: Müxtəlif çətinliklərə və çoxsaylı qurbanlara baxmayaraq, bu gün hələ də möhkəm dayanmışıq və həm döyüş meydanında, həm də ictimai sahədə üstün mövqeyə sahibik. Buna görə də bu mücahidliyin son nəticələrinə çatmağın vaxtı yetişmişdir. Şübhəsiz ki, düşmən bu mərhələdə təzyiqləri artıraraq iradələri sarsıtmağa çalışacaq. Lakin əzəmətli xalqın Allaha təvəkkülü və davamlı müqaviməti onu bir daha məyus və uğursuz edəcək. Uca Allah isə sizə daha çox bərəkət və nailiyyətlər bəxş edəcək və inşallah bunun sayəsində gələcəyiniz daha parlaq olacaq.

Bütün xalqa, silahlı qüvvələrə və eləcədə hörmətli məsul şəxslərə vacibdir ki, söz birliyini qorumaq, hər cür təfriqə yaradan vəsvəsələrdən çəkinmək və eyni zamanda İnqilabın Ali Məqamlı Rəhbərinin göstərişlərinə əməl edərək, bu yolu qətiyyətlə davam etdirsinlər ki, inşallah İslam ümməti üçün ən yaxşı nəticələr əldə olunsun.

Son olaraq vurğulayıram ki, uca Allaha təvəkkül etmək və Onun vədlərinə güvənmək qələbənin ən mühüm amilidir. Allah hər kəsə kömək etsə, şübhəsiz o qalib olacaqdır. Allah dərgahına yalvarmaqdan və həzrət İmam Zamana (ə.f) təvəssül etməkdən qafil olmayaq. Bütün məclislərimizdə Allahı yad edərək dua edək. Necə ki, uca Allah Qurani-Kərimdə buyurmuşdur: 

«وَلَیَنصُرَنَّ اللَّهُ مَن یَنصُرُهُ»

Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. (Həcc surəsi 40-cı ayə)

"إِنْ یَنْصُرْکُمُ اللَّهُ فَلَا غَالِبَ لَکُمْ"

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. (Ali İmran surəsi, 160-ci ayə)

 «وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ».

Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi 126-cı ayə)

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.

Qum şəhəri 

Ayətullah Məkarim Şirazi  

7 aprel 2026

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha